Yenidən qarşınızdayıq | Sıfırdan hədəfə kodlayaq ! | DSS Company

Hərkəsə salamlar DSS Company-ə xoş gəldiz. Öncəliklə demək istəyirəm ki bəzi səbəblərdən kanalda bir neçə ay idi video yox idi. Bugün isə bir tanıtım videosu ilə qarşınızdayam. Sözü çox uzatmadan keçək videoya.

Kanalımda yeni bir konseptə başlayıram. Belə ki bu konseptdə bir neçə proqramlaşdırma dilini sıfırdan başlayıb öyrənəcəyik. Bu dərs videolarını izləmıək üçün hər hansı bir proqramlaşdırma dili təməlinizin olmasına ehtiyac yoxdur. Biz sıfırdan başlayıb dillərin təməllərini öyrənəcəyik. Dərslərdə Java, C#, C++, Python, HTML, CSS, JS, Kotlin, Swift kimi məşhur dilləri öyrənəcəyik. Təbii ki bu video dərsləri tək başıma çəkməyəcəm. Mənə kömək proqramist dostlarım olacaq. Dərslərdə sıfırdan başlayıb əvvəlcə dillərin təməllərini öyrənəcəyik sonra isə müxtəlif proyektlər kodlayacağıq. Birlikdə müxtəlif websaytlar, mobil proqramlar, kompyuter proqramları, oyunlar vəs kodlaşdırıb düzəldəcəyik. Həftədə 1 tutorial yəni dərs videosu və 1 də texnologiyaya aid ümumi bir video olacaqdır. Texnologiyanın və proqramlaşdırmanın inkişafını görmək və bunlardan geri qalmamaq üçün izləmədə qalın...