Oyunlar necə hazırlanır? | Oyunlarda istifadə olunan proqramlaşdırma dilləri | DSS Company
Hərkəsə salamlar. DSS Company-ə xoş gəldiniz. Bugün yeni bir videoyla qarşınızdayam. Bugünkü videomuzun mevzusu məşhur oyunlardır. Daha doğrusu məşhur oyunların yazımış olduğu proqramlaşdırma dilləri və oyun matorlarıdır yəni oyun studioları. Sözü çok uzatmadan keçək videoya.
1. Minecraft bildiyimiz kimi Mojang şirkəti tərəfindən qurulmuşdur və LWJGL adlanan oyun matoru ilə qurulmuşdur. LWJGL isə Lightweight Java Game Library adlanır. Və oyun matorunun da adından göründüyü kimi Minecraft Java proqramlaşdırma dili istifadə olunaraq kodlanmışdır.
2. League of Legends Riot Games şirkəti tərəfindən qurulmuşdur. Özlərinə məxsus bir oyun matoru ilə qurulmuşdur bu məlum deyil. Sadəcə League of Legends-in bəzi versiyaları telefon üçün olan bəzi versiyaları Unity Game Engine ilə kodlanmışdır və C# dili istifadə olunmuşdur. Yalnız Riot Games-in özünün qurmuş olduğu oyun matorunda isə C++ dili istifadə olunmuşdur.
3. Counter Strike Global Offensive yəni CSGO. CSGO Valve şirkəti tərəfindən qurulmuşdur və qurulumunda Source Game Engine istifadə olunmuşdur. Və Source Engine də C++ dili istifadə edir. Yəni CSGO-nun qurulumunda C++ dili istifadə edilmişdir.
4. GTA V Rockstar şirkəti tərəfindən qurulmuşdur. Və qurulumunda Rockstar şirkətinə məxsus olan RAGE yəni Rockstar Advanced Game Engine istifadə edilmişdir və C++ dili ilə qurulmuşdur.
5. Valorant da League of Legends kimi Riot Games şirkətinə məxsusdur. Sadəcə Valorant-ın qurulumunda Unreal Engine 4 oyun matorundan istifadə edilmişdir və C++ dili ilə kodlanmışdır.
6. Call of Duty Modern Warfare Activision şırkıti tərəfindən qurulmuşdur. Və IW Engine adlanan oyun matorundan istifadə olunmuşdur. Və bunu da deyim ki Call of Duty seriyasının bir çok oyunu eynilə IW Engine oyun matoru ilə C++ dili istifadə olunaraq kodlanmışdır.
7. Fortnite Epic Games şirkəti tərəfindən Epic Games-ə aid olan Unreal Engine 4 oyun matoru ilə qurulmuşdur və C++ dilindən istifadə edilmişdir.
8. Battle Field V DICE şirkəti tərəfindən qurulmuşdur və Electronic Arts şirkəti tərəfindən yayınlanmışdır. Və Electronic Arts şirkətinə məxsus olan Frostbite 3 oyun matorundan istifadə edilmişdir və C++ dili ilə qurulmuşdur.
9. PUBG Bluehole şirkəti tərəfindən qurulmuşdur və qurulumunda Unreal Engine 4 oyun matorundan istifadə edilmişdir. C++ dili ilə qurulmuşdur.
10. Need for Speed Ghost Games şirkəti tərəfindən qurulmuşdur və Electronic Arts şirkəti tərəfindən yayınlanmışdır. Ghost Games Need for Speed seriyasının qurulumunda Electronic Arts-a məxsus olan Frostbite 3 oyun matorundan istifadə etmişdir və C++ dili ilə qurulmuşdur.
11. PES Konami şirkəti tərəfindən qurulmuşdur. Və PES-in qurulumunda Unreal Engine 4 oyun matorundan istifadə edilmişdir. PES-in bəzi versiyaları C# dili ilə kodlansa da əsasən C++ dili ilə kodlanmışdır.
12. Fifa Electronic Arts şirkətinin alt şirkəti olan EA Sports şirkəti tərəfindən qurulmuşdur. Və Electronic Arts-a məxsus olan Frostbite 3 oyun matoru ilə C++ dili istifadə olunaraq kodlanmışdır.
Bugünlük bu qədər. Yeniliklərdən xəbərdar olmaq üçün izləmədə qalın.